IMG-LOGO

Pezeşkian İranın yeni müdafiə nazirini təyin edib

02 Mar 2026 15:27 2 baxış
IMG

İran Prezidenti Məsud Pezeşkian Məcid ibn əl-Rzanı ölkənin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən şəxs kimi təyin edib.

"Report"un məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verir.

Qeyd edək ki, əvvəllər İran XİN müdafiə naziri general-leytenant Əziz Nasırzadənin həlak olduğunu təsdiqləmişdi.

Ondan başqa, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-leytenant Məhəmməd Pakpur, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi və Müdafiə Şurasının katibi admiral Əli Şəmxani də həlak olublar.

Xəbər lenti