IMG-LOGO

İİKK: ABŞ təyyarədaşıyan gəmisi "Abraham Linkoln" İrandan geri çəkilib

02 Mar 2026 03:34 3 baxış
IMG

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Linkoln" təyyarədaşıyan gəmisi İranın dörd ballistik raket atmasından sonra dislokasiya zonasından uzaqlaşıb.

"Report" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Amerika təyyarədaşıyan gəmisi öz missiyasını yerinə yetirdiyi ərazini tərk edərək Hind okeanına doğru hərəkət edib.

Öz növbəsində, ABŞ Mərkəzi Komandanlığı Amerika təyyarədaşıyan gəmisinin atəşə tutulduğunu, lakin İran raketləri ilə vurulmadığını bildirib.

Xəbər lenti