IMG-LOGO

İranın BƏƏ-yə atdığı raketlər MKİ-nin altı yüksək rütbəli zabitini öldürüb

01 Mar 2026 23:18 2 baxış
IMG

İranın Birləşmiş Ərəb Əmirliklərinə raket hücumları nəticəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) altı yüksək rütbəli zabiti həlak olub.

Bu barədə "Report" "Tasnim" agentliyinə istinadən məlumat yayır.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) BƏƏ-yə atdığı raketlərdən biri ABŞ kəşfiyyat zabitlərinin istifadə etdiyi yaşayış yerlərindən birinə dəyib. Nəticədə altı yüksək rütbəli MKİ zabiti həlak olub, ikisi isə yaralanıb.

Dünən məlum olub ki, BƏƏ-dəki Mərkəzi Kəşfiyyat İdarəsinin bir obyekti İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən raket hücumuna məruz qalıb.

Xəbər lenti