ABŞ prezidenti Donald Tramp İranla danışıqlar başlayacağı təqdirdə atəşkəsə zəmanət verməkdən imtina edib.
"Report" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
ABŞ-ın danışıqları irəli aparmaq üçün hücumlarını dayandırmağa hazır olub-olmayacağı sualına Tramp belə cavab verib: "Bilmirəm. Tələblərimizi yerinə yetirə biləcəklərmi? İndiyə qədər bunu edə bilməyiblər".