IMG-LOGO

İranda qaz kəmərində partlayış baş verib

14 Feb 2024 04:52 196 baxış
IMG

İranın Bürucin şəhərində yerləşən magistral qaz kəmərində partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, partlayışdan sonra yanğın başlayıb, xəsarət alanlar barədə isə məlumat verilmir.

Bürucin şəhərinin meri qazın verilişinin dayandırıldığını bildirib.

Hadisə yerində xilasetmə və yanğınsöndürmə briqadaları işləyir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti