IMG-LOGO

Nebenzya: “Qərbin donor yardımı fədakarlıq deyil və həmişə siyasi şüarlarla əhatə olunub”

13 Feb 2024 23:45 225 baxış
IMG

“Qərb ölkələrin inkişafına töhfə verməkdənsə, müharibələrə sponsorluq etməyə üstünlük verir”.

“Report” xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Onun sözlərinə görə, Qərb ölkələrinin donor yardımı fədakarlıq deyil və həmişə siyasi şüarlarla əhatə olunub:

Nümunə kimi o, Suriya xalqının humanitar yardımla şantaj edilməsini və Qəzzada baş verən dəhşətli humanitar fəlakət kontekstində Qərb donorlarının BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş üzrə Yaxın Şərq Agentliyinə maliyyə ayırmasını dayandırmasını göstərib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti