Ukrayna cəbhədəki döyüş əməliyyatları ilə paralel davam edən Rusiya ilə sülh danışıqlarının müsbət nəticəsinə inanır.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Kirill Budanov bəyan edib.
Onun sözlərinə görə, bir çoxlarının dialoqa skeptik münasibətinə baxmayaraq, o, uğura ümid edir. Budanov qeyd edib ki, danışıqların müsbət nəticəsi ölkə üçün qələbə olacaq və inkişafa yol açacaq.
Budanov vurğulayıb ki, hazırda hadisələrin müxtəlif inkişaf ssenariləri üçün dəqiq hesablama və fəaliyyət alqoritmləri var.
"Bu, Ukraynanın gələcək inkişafı, qan tökülməsinin dayandırılması, dövlətimizin gələcəyi demək olacaq", - o əlavə edib və Kiyevin Rusiyaya təzyiq üçün bir neçə arqumentinin qaldığına eyham vurub.
Xatırladaq ki, əvvəllər Kirill Budanov Ukraynanın sülh razılaşması naminə öz ərazilərini güzəştə getməyə hazır olmadığını bəyan edib. Onun sözlərinə görə, ərazi bütövlüyü məsələsi prinsipial xarakter daşıyır və alqı-satqı predmeti ola bilməz.