IMG-LOGO

Rusiyanın “MiQ” zavodu yanır

13.02.2024 15:20 101 baxış
IMG

Rusiyanın paytaxtı Moskvada “MiQ” zavodu yanır.

“Report” xəbər verir ki, bu barədə “Qlas narod” məlumat yayıb.

Bildirilib ki, yanğın binanın 2 və 3-cü mərtəbələrində başlayıb. Hadisənin səbəbi məlum deyil.

Məlumata görə, hazırda insanlar binadan təxliyə edilir. Yanğının zavodun başqa binalarına da keçməsi təhlükəsi var. Hadisə yerində bir neçə yanğınsöndürən fəaliyyət göstərir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti