IMG-LOGO

Abdurrahman Aliy: Bakı Türk dünyası üçün elm və irfan mərkəzi olub

27 Feb 2026 11:42 3 baxış
IMG

Bakı Türk dünyası üçün elm və irfan mərkəzi olub.

"Report" xəbər verir ki, bunu Yunus Əmrə İnstitutunun prezidenti Abdurrahman Aliy "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfransda deyib.

O, yüz il öncəki qurultayı xatırladaraq həmin hadisəni tarixi gün adlandırıb:

"Yüz il sonra yenə eyni tarixi məkandayıq, amma bu gün qarşımızda çağdaş çağırışlar dayanır".

A.Aliy əlavə edib ki, bu gün Türk dünyasının dağınıq mənzərəsi türkologiya elminin daha genişspektrli inkişafı üçün müəyyən maneələr yarada bilər:

"Açıq demək lazımdır ki, türkologiya elmi, anlayışı üçün fərdi məsuliyyət azdır, bunun üçün Türk dünyasının birliyi mütləqdir. Yaınız bu birlik sayəsində məqsədimizə zamanında çata bilərik. Bu mənada, birliklə yanaşı, koordinasiya da mütləqdir".

Yunus Əmrə İnstitutunun prezidenti həmçinin Türk dünyasından olan alimlərin Bakıda toplaşmasını tarixi məqam kimi də qiymətləndirib.

Xəbər lenti