Türk dünyası alimlərinin koordinasiyalı fəaliyyəti üçün bugünkü elmi konfrans vacib əhəmiyyətə malikdir.
"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Nazir müavini müasir dünyanın rəqəmsallaşma siyasətinə diqqət çəkərək bildirib ki, bu mənada, Türk dünyasının birliyi aktuallığını qoruyur.
"Bugünkü elmi konfrans bir daha sübut edir ki, yüz il öncə keçirilən qurultay aktuallığını saxlayır. Məhz o qurultayın əsasında Türk dünyası üçün əsas üç vacib istiqamət yenə də eyni dərəcədə özünü göstərir. Bunlar elmi əməkdaşlıq, mədəni dialoq və intellektual məsuliyyətdir. Gələcəkdə də bu üç anlayışın koordinasiyalı fəaliyyətimiz üçün faydalı olacağını düşünürük".