IMG-LOGO

Aydın Səfixanlı: Ombudsman təsisatı Ermənistanla sülh quruculuğu prosesində yaxından iştirak etməyə hazırdır

27 Feb 2026 10:51 5 baxış
IMG

Ombudsman təsisatı Ermənistanla sülh quruculuğu prosesində yaxından iştirak etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında ombudsmanın 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ombudsman və onun aparatının təmsilçiləri beynəlxalq təşkilatlar çərçivəsində həmkarları ilə görüşlər keçirir:

"Əgər gələcəkdə təşəbbüs irəli sürülərsə, bu prosesdə fəal şəkildə iştirak etməyə hazırıq".

Xəbər lenti