IMG-LOGO

Ötən il Suriyadan 18 Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

27 Feb 2026 09:39 3 baxış
IMG

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) məruzəsinə əsasən, 2025-ci ildə aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində Suriyadan 18 (5 qadın, 13 uşaq) Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası təmin olunub.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında ombudsmanın 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri, həmçinin qeyd edib ki, 2025-ci hesabat ilində ombudsmana 42 min 685 müraciət daxil olub:

"Bütövlükdə son 15 ildə ombudsmana müraciətlərin statistikası maraqlı dinamika nümayiş etdirir. Təqdim edilən hesabatda müraciətlərin artım sayındakı fərq (13-314) 2011-2015-ci illərdə edilən müraciətlərin cəmi illik sayı qədərdir".

Xəbər lenti