Şükür bu günə ki, yurdumuza qayıdırıq.
Bu sözləri "Report"a Xocavəndin Qaradağlı kəndinə qayıdan keçmiş məcburi köçkün Gülşən Quliyeva deyib.
O, qeyd edib ki, bu gün həyatının sevincli anlarını yaşayır.
"Çox sevinirəm. Allah Prezidentimizə uzun ömür bəxş etsin, qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Doğma yurda qayıtmaq bu gün nəsib oldu", - G.Quliyeva deyib.
Qeyd edək ki, bu gün Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayılın Horovlu kəndinə köç karvanları yola düşəcək. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, 118 nəfər, Xocavənd şəhərinə 41 ailə, 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə, 196 nəfər köçürüləcək.