IMG-LOGO

Əraqçi: İran-ABŞ danışıqlarında irəliləyiş əldə edilib

27 Feb 2026 00:00 2 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi İran-ABŞ danışıqlarının üçüncü raundundan sonra müzakirələrin yaxşı irəliləyişlə nəticələndiyini bildirib və əlavə edib ki, müvafiq paytaxtlarla məsləhətləşmələrdən sonra dördüncü raund gələn həftə keçiriləcək.

"Report" İran mediasına istinadən xəbər verir ki, Əraqçi bunu jurnalistlərə açıqlayıb.

Onun sözlərinə görə, müəyyən mövzularda qarşılıqlı anlaşma olsa da, bəzi məsələlərdə fikir ayrılıqları qalmaqdadır. "Biz bəzi əsas məsələlərdə razılaşmaya yaxınlaşdıq."

Əraqçi qeyd edib ki, sonuncu raund nüvə danışıqlarının ən ciddi raundlarından biri olub: "Bazar ertəsi Vyanada texniki müzakirələrə başlamaq planlaşdırılıb, bir həftədən az müddətdə danışıqların yeni raundu keçiriləcək. Biz sanksiyaların aradan qaldırılması ilə bağlı tələblərimizi aydın şəkildə çatdırmışıq".

Xəbər lenti