İrəvan məhkəməsi "Müqəddəs mübarizə" hərəkatının tərəfdarı və parlamentin "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyanın ev dustaqlığının 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Xatırladaq ki, avqustun 7-də İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının 18 nümayəndəsi barəsində işin məhkəməyə göndərildiyini bildirib. Həmin şəxslər "terror aktı hazırlığı" və "hakimiyyəti ələ keçirməyə cəhd"də ittiham olunublar. "Müqəddəs mübarizə" hərəkatının lideri Baqrat Qalstanyan və onun tərəfdarları iyunun sonunda həbs ediliblər. Bundan sonra Ermənistanın İstintaq Komitəsi hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısının alındığını açıqlayıb. Artur Sarkisyan 2025-ci il iyulun 9-da həbs olunub. 2025-ci il dekabrın 1-də ona ev dustaqlığı təyin edilib və bu, dekabrın 4-dəki qərarla 2026-cı il martın 8-dək uzadılıb.