Polşanın Baş naziri Donald Tusk Varşavada ermənistanlı həmarı Nikol Paşiyanla keçirilən görüş zamanı İrəvanla Bakı arasında sülhün bərqərar olması prosesini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması prosesinə, TRIPP təşəbbüsünün icrasının gedişatına, eləcə də Ermənistan-Aİ qarşılıqlı fəaliyyətinin gələcək inkişafına toxunulub.
Donald Tusk Ermənistanla iqtisadiyyat, infrastruktur, təhlükəsizlik, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, həmçinin beynəlxalq platformalar, xüsusilə Avropa İttifaqı (Aİ) çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsində maraqlı olduğunu təsdiqləyib.
Nikol Paşinyan çoxprofilli əməkdaşlığın gələcək inkişafının əhəmiyyətini qeyd edib və ticari-iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Tərəflər həmçinin birgə proqramların icrası ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.