Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı paylaşım edib.
"Report" xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında yazıb.
"Xocalı qətliamının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaş-bacılarımızı rəhmətlə yad edirəm. Qardaş Azərbaycanın ağrısını qəlbimizin ən dərin yerində hiss edirik.
Türkiyə "tək millət, iki dövlət" anlayışı ilə hər zaman Can Azərbaycanın yanındadır", - paylaşımda qeyd olunub.