IMG-LOGO

İsveçrə şirkətlərinin Azərbaycanla geniş əməkdaşlıq istiqamətləri müzakirə edilib

26 Feb 2026 14:10 2 baxış
IMG

Bakıda İsveçrə şirkətləri ilə geniş əməkdaşlıq istiqamətləri müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Belə ki, görüşdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəli, İsveçrə şirkətlərinin rəhbərləri iştirak edib.

Müzakirələrdə "yaşıl gündəlik" və gələcəyə yönəlmiş innovasiyalar barədə danışıqlar aparılıb. İsveçrə şirkətləri yeni imkanlar, davam edən layihələr və daha geniş əməkdaşlıq istiqamətlərini vurğulayıblar.

Səfirliyin məlumatında qeyd edilib ki, bu, İsveçrə biznesinin inkişafının Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və ixrac ambisiyalarına töhfəsinin göstəricisidir.

Səfir Tomas Ştəli qarşıdan gələn ikitərəfli görüşlər və mühüm tədbirlər, o cümlədən İsveçrənin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) və dayanıqlı şəhər inkişafına tövhəsi barədə məlumat verib.

Xəbər lenti