IMG-LOGO

Tehranda İran bayrağını yandıran tələbələr təhsildən kənarlaşdırılıblar

26 Feb 2026 14:26 2 baxış
IMG

Tehran Universitetinin üç tələbəsi İran bayrağına hörmətsizlik etməkdə ittiham olunaraq təhsildən kənarlaşdırılıblar.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.

Bildirilib ki, həmin tələbələr universitetin intizam şurasının növbəti uiclasınadək dərslərə buraxılmayacaqlar.

Xatırladaq ki, bir neçə gün öncə universitet tələbələrinin Tehranda keçirilən etiraz aksiyasında İran bayrağı yandırılıb.

Xəbər lenti