IMG-LOGO

Bu il Naxçıvanda müəllimlərin sertifikatlaşdırılmasının II dövriyyəsi keçiriləcək

24 Feb 2026 16:35 2 baxış
IMG

Bu il Naxçıvan Muxtar Respublikasında (MR) müəllimlərin sertifikatlaşdırılmasının II dövriyyəsi keçiriləcək.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, bunu təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov deyib.

Onun sözlərinə görə, muxtar respublikada təhsilverənlərin sertifikatlaşdırmasının ikinci dövriyyəsi bu ilin aprel–may aylarında keçiriləcək.

İkinci dövriyyəyə Azərbaycan və rus bölmələri üzrə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, ingilis dili, rus dili, fransız dili, alman dili, musiqi, təsviri incəsənət, fiziki tərbiyə, ibtidai sinif və GÇH fənləri üzrə müəllimlər cəlb olunacaq.

Nazir bildirib ki, sertifikatlaşdırmanın test mərhələsində iştirak edəcək müəllimlərə Təhsil İnstitutunun müvafiq resurslarından istifadə tövsiyə olunub. Bununla bağlı "Test mərhələsinin qiymətləndirmə çərçivəsi" və ARTİ tərəfindən hazırlanmış videoresurslar təhsilverənlərin istifadəsinə verilib.

E.Nəcəfov Naxçıvanda sertifikatlaşdırmanın ikinci dövriyyəsində 3 minə yaxın təhsilverənin iştirak edəcəyini vurğulayıb.

Xəbər lenti