IMG-LOGO

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib

11 Feb 2024 11:17 198 baxış
IMG

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Kral Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə səmimi təbriklərini ifadə edərək uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti