IMG-LOGO

Azərbaycanda ilk dəfə ortaq türk əlifbası ilə poeziya antologiyası nəşr olunub

23 Feb 2026 18:06 3 baxış
IMG

Azərbaycanda ortaq türk əlifbası ilə ilk poeziya antologiyası - "Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya" adlı kitab nəşr olunub.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından bidirilib.

Antologiyada çap olunan hər bir türk xalqına aid bədii nümunələr əvvəlcə orijinalda, yəni yazıldığı dildə, sonra isə ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə verilib.

Nəşrdə Azərbaycan şairlərinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Başqırdıstan və İraq türkmanları haqqında şeirləri Azərbaycan dilində, həmin türk ellərindən olan müəlliflərin Azərbaycan mövzusunda yazdıqları şeirlər onların öz türkcələrində yer alıb.

Vurğulanıb ki, kitab Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivəsində çap olunub.

Xəbər lenti