Bəzən dövlətə çox qısa müddətdə konkret məzmun lazım olur, belə olan halda, qanunvericiliyə uyğun olaraq, əsərin müəlliflik hüququ müsabiqə olmadan konkret şəxsə, yaxud şirkətə verilir.
Bunu "Report"a müsahibəsində Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.
Onun sözlərinə görə, bu halda əsərin istifadəsi ilə bağlı səlahiyyət ancaq o şirkətə və ya şəxsə məxsus olur.
R.Əzizov bu yaxınlarda Kino Agentliyinin özəl şirkətlə tarixi film çəkilişi ilə bağladığı müqavilənin də məhz bu qəbildən olduğunu qeyd edib.
"Hər hansısa bir məzmunun yaradılmasında, ilk növbədə, fəaliyyət göstərəcək komandanın indiyə qədər gördüyü işlərə, keyfiyyətinə, nüfuzuna və digər bu kimi məqamlara diqqət yetirilir. Prodüserlik eyni zamanda yaxşı komanda formalaşdırma işidir. Bu faktor Kino Agentliyi ilə şirkət arasındakı münasibətlərin təşkilində əhəmiyyətli rol oynayır.
Həmin özəl şirkətlə bağlanan müqavilə əsasında reallaşdırılacaq məzmun eramızdan əvvəlki tariximizə səyahəti özündə ehtiva edir: söhbət Aşquzlar dövlətinin mövcud olduğu dövrdən gedir. Bu dövr dərin təhlil olunub, bu istiqamətdə məsləhətləşmələr həyata keçirilib", - o deyib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.