Azərbaycan dilinin orfoepiya lüğətinin 2026-cı ilin sonunadək hazırlanması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli "Medianın dili elmi müzakirə müstəvisində" adlı konfransda deyib.
Onun sözlərinə görə, ölkədəki şəxs adları ilə bağlı məsələlərə də yenidən baxılmalıdır:
"Hazırda Nəsimi adına Dilçilik İnstitutunda bu proseslə bağlı üç yeni şöbə yaradılıb".