IMG-LOGO

Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib

13 Feb 2026 11:24 5 baxış
IMG

Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov və BMT-nin baş katibinin gənclərlə iş üzrə köməkçisi - BMT-nin Gənclərlə İş üzrə İdarəsinin rəhbəri Felipe Paulyer mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Gənclərlə İş üzrə İdarəsinin "X" sosial şəbəkəsində məlumat verilib.

"Mədəniyyət və gənclər sülhün və dialoqun möhkəmləndirilməsinə töhfə verir. BMT-nin baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paulyer Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərovla BMT-nin Gənclərlə İş üzrə İdarəsi ilə tərəfdaşlıq, mədəniyyətlərarası dialoq, gənclərin psixi sağlamlığı və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib", - məlumatda bildirilib.

Xəbər lenti