IMG-LOGO

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib

10 Feb 2026 19:59 4 baxış
IMG

Özbəkistan Respublikasının Daşkənd şəhərində 10–13 fevral 2026-cı il tarixlərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.

"Report" xəbər verir ki, sessiya çərçivəsində fevralın 10-da İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunmuş nominasiyalar müzakirə edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış Ağdam "İmarət" Tarix-Memarlıq Muzey Kompleksi və "Şuşa Şəhər Dövlət Qoruğu" nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Bununla da Ağdam abidələri ilk dəfə olaraq beynəlxalq mədəni irs siyahılarına daxil edilib.

Xəbər lenti