IMG-LOGO

Zelenski: ABŞ Ukraynada müharibənin yaya qədər başa çatmasını istəyir

07 Feb 2026 14:11 4 baxış
IMG

ABŞ Ukraynada müharibənin yaya – iyun ayına qədər başa çatmasını istəyir və danışıqların dəqiq qrafikinin razılaşdırılmasında təkid edir.

"Report"un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.

"Niyə məhz bu yaya qədər? Başa düşürük ki, ABŞ-dəki daxili məsələlər təsir göstərir və şübhəsiz onlar üçün daha da aktual olacaq. İlk dəfə tərəflər ən mürəkkəb məsələlərin liderlərin üçtərəfli görüşündə qaldırıla biləcəyini müzakirə etdilər. Lakin bunun üçün müəyyən hazırlıq elementləri lazımdır. Belə formatda müzakirənin dialoqda yer alması vacibdir", - o qeyd edib.

Zelenskinin sözlərinə görə, Ukrayna bir həftə sonra ABŞ-də Rusiya nümayəndə heyəti ilə görüşün keçiriləcəyini təsdiqləyib. ABŞ tərəfinin təklif etdiyi görüş çox güman ki Mayamidə keçiriləcək.

Ukrayna Prezidenti qeyd edib ki, ABŞ atəşkəsin monitorinqində iştirakını təsdiqləyib.

"Hərbçilər söhbət aparıblar və başa düşürlər ki, siyasətçilərin müharibənin başa çatması barədə qərar qəbul edəcəyi halda atəşkəsin Ukrayna, Rusiya və ABŞ tərəfindən monitorinqi texniki olaraq necə həyata keçiriləcək. Yəni ABŞ iştirakını təsdiqləyir. Avropaya gəlincə, bu, onların bu prosesdə olmayacağı demək deyil", – o əlavə edib.

Xəbər lenti