Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
***
Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
Lent.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Vüsal Nəsirli bundan öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.
Saleh Məmmədov