IMG-LOGO

İran və ABŞ nüvə proqramı ilə bağlı danışıqlar üzrə növbəti addımları razılaşdırıb

06 Feb 2026 18:49 2 baxış
IMG

İran və ABŞ Omanda nüvə proqramı ilə bağlı danışıqların növbəti raundu üzrə qərarların öz ölkələrinin paytaxtları ilə məsləhətləşmələr apararaq razılaşdırılması barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai "X" sosial şəbəkəsində yazıb.

"İran və ABŞ arasında Maskatda keçirilən danışıqlar dialoqun davam etdirilməsi barədə razılığın əldə edilməsi ilə başa çatıb. Tərəflər öz mövqelərini və tələblərini ifadə edərək, danışıqların növbəti raundu ilə bağlı qərarların öz ölkələrinin paytaxtları ilə məsləhətləşmələr aparmaqla qəbul edilməsi barədə razılığa gəliblər", - o yazıb.

Xəbər lenti