IMG-LOGO

Devid Allen ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili təyin edilib

06 Feb 2026 17:47 2 baxış
IMG

ABŞ-nin Ermənistandakı səfirliyi David Allenin müvəqqəti işlər vəkili təyin edildiyini bəyan edib.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

"Biz Devid Alleni, ABŞ-nin Ermənistandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili kimi təqdim etməkdən məmnunuq! Devid Allen 2024-cü ildən ABŞ-nin İrəvandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini tutub", - səfirliyin bəyanatında bildirilib.

Xatırladaq ki, ABŞ səfiri Kristina Kvien yanvar ayında Ermənistanda səlahiyyət müddətini başa vurub.

Xəbər lenti