Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakı və İrəvan arasında sülh prosesini müzakirə ediblər.
"Report"un "Armenpress"ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında deyilir.
Məlumata görə, həmsöhbətlər Ermənistan və Aİ-nin ikitərəfli gündəliyinə aid məsələləri müzakirə edib, həmçinin münasibətlərin gələcək inkişafına dair məsələlərə toxunublar.
Görüş zamanı A.Qriqoryan M.Qronoya regional əlaqələndirmə və infrastrukturun inkişafı istiqamətində həyata keçirilən proqramları, eləcə də Azərbaycan və Ermənistanın sülhün institusionallaşdırılmasına yönəlmiş səylərini təqdim edib.