Rusiyanın Krasnoyarsk diyarında məktəbdə beş şagirdə və müəllimə hücum edən səkkizinci sinif şagirdi iki ay müddətinə həbs edilib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Krasnoyarsk diyarı məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
"Qız iki aylığa həbs olunub", - məlumatda bildirilib.
Xəbər verildiyi kimi, çəkiclə silahlanmış şagird məktəbdə yanğın törədib, daha sonra isə məktəblilərə hücum edib.