IMG-LOGO

Omanda ABŞ ilə İran nümayəndələri arasında danışıqlar başlayıb

06 Feb 2026 11:41 3 baxış
IMG

Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə danışıqlarının birinci raundu başlayıb.

"Report" xəbər verir ki, məlumatı "Tasnim News" informasiya agentliyi yayıb.

Bildirilib ki, danışıqlara ABŞ-dən Prezidentin xüsusi nümayəndəsi Stiff Uitkoff, İrandan isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.

Məlumata görə, İran XİN-in başçısı danışıqlardan əvvəl Oman Krallığının xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşərək, İran-ABŞ danışıqlarının irəliləməsi yollarını müzakirə ediblər.

Xəbər lenti