Rusiya Federasiyasının Tambov vilayətində yük qatarının vaqonlarının relsdən çıxması səbəbindən uzaq məsafəli 39 sərnişin qatarı gecikir.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin "Federal Sərnişin Şirkəti"ndən məlumat verilib.
Altı qatarın marşrutu dəyişdirilib, 47 qatar artıq mənzil başına çatıb.
"Qatar briqadalarının əməkdaşları sərnişinlərə hərtərəfli yardım və dəstək göstərirlər", - məlumatda deyilir.