IMG-LOGO

Əraqçi: Diplomatik prosesə hüquqlarımızı qətiyyətlə müdafiə edərək daxil oluruq

06 Feb 2026 09:58 2 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran diplomatik prosesə ötən ilin təcrübəsini nəzərə alaraq və öz hüquqlarını qətiyyətlə müdafiə edərək daxil olur.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İran diplomatiyaya açıq gözlə və ötən ilin hadisələrini aydın şəkildə xatırlayaraq daxil olur. Biz vicdanla hərəkət edirik və öz hüquqlarımızı qətiyyətlə müdafiə edirik", - o bildirib.

A.Əraqçi vurğulayıb ki, tərəflərin bərabərliyi, qarşılıqlı hörmət və qarşılıqlı maraqların nəzərə alınması - hər hansı davamlı razılaşmanın zəruri şərtləridir.

Qeyd edək ki, bu gün ABŞ və İran Omandа Tehranın nüvə proqramı üzrə danışıqlar keçirəcək. İran nümayəndə heyətinə A.Əraqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edəcək.

Xəbər lenti