Ermənistanın himni dəyişdirilməlidir.
“Report” xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan teleqramda yazıb.
O bildirib ki, himn erməni musiqisinə, qaydalarına uyğun olmalıdır.
A.Simonyan Ermənistanın hazırkı himninin milli olmadığını diqqətə çatdırıb.
Parlament sədri, həmçinin yazıb ki, ölkəsinin gerbinin dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır.
Bizim WhatsApp kanalımıza abunə olun