IMG-LOGO

Qərbi Azərbaycan xronikası: Erməni ritorikasında yeni xətt açılıb

06 Feb 2026 01:01 2 baxış
IMG

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan analitik süjetdə Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası və onun Ermənistanda narahatlıq doğurmasından bəhs edilir.

"Report" xəbər verir ki, bu konsepsiya rəsmi İrəvanda ciddi narahatlıq doğurub: "Qərbi Azərbaycan və AMEA strukturları erməniləri qorxudur.

"Geğard" Elm-Analitik Fondu da tarixi nizə saxtakarlığı əfsanəsinin ifşasından qorxuya düşüb. Ümumiyyətlə, Qərbi Azərbaycan mövzusu böyüdükcə erməni ritorikası sərtləşir. Lakin Azərbaycanın yeni mədəni strategiyası regionda bəzi oyunları dəyişir".

Qeyd olunur ki, Azərbaycanın tarixi coğrafiyasına mədəni qayıdış böyük anlam daşıyır: Ermənistan YUNESKO-da qeydə aldırdığı yalanların üstü açılır. 1918-ci il gerçəkləri açılsa, Ermənistanı ciddi fəlakətlər gözləyir. İndi erməni ritorikasında yeni xətt açılıb. Avropa Şurasında Qərbi Azərbaycan debatı bu mövzunun beynəlxalq müstəviyə çıxarılması baxımından əhəmiyyətli oldu.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Daha ətraflı linkdə:

Qərbi Azərbaycan xronikası: Erməni ritorikasında yeni xətt açılıb

Xəbər lenti