BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) xarici işlər nazirlərinin görüşü iyunda Nijni Novqorodda keçiriləcək.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, Rusiyanın 2024-cü ildə BRİKS-ə sədrliyi çərçivəsində Rusiyanın onlarla şəhərində 200-dən çox tədbir planlaşdırılır. Əsas hadisə 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS-in 16-cı sammitidir.
Bizim WhatsApp kanalımıza abunə olun