Gürcüstan Dövlət Elektrik Enerjisi Sistemi və Rumıniyanın "Transelectrica S.A." şirkəti Qara dəniz sualtı kabel layihəsi üzrə Anlaşma Memorandumu imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında deyilir.
Memorandum Buxarestdə keçirilən "Energy Week Black Sea 2026" beynəlxalq enerji konfransı çərçivəsində imzalanıb.
İmzalanma mərasimindən əvvəl Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İnqa Pxaladzе və Rumıniya Energetika Nazirliyinin dövlət katibi Pavel-Kasian Nitulesku arasında görüşlər keçirilib. Tərəflər Qara dəniz sualtı kabel layihəsi ilə bağlı vəziyyəti və "Yaşıl enerji dəhlizi" layihəsi üzrə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.