IMG-LOGO

Kahramanmaraşın "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin tikintisi bir ilə tamamlanacaq

05 Feb 2026 14:42 4 baxış
IMG

Kahramanmaraşın "Azərbaycan" yaşayış məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub.

"Report"un Türkiyə bürosunun Kahramanmaraşa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycanın Kahramanmaraşda tikinti-bərpa işlərinin icraçı qurumu qismində iştirak edən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı bildirib.

Onun sözlərinə görə, layihənin icrası keçən il dekabrında təsdiqlənib və icrasına başlanılacaq:

"Mədəniyyət mərkəzində Türkiyə tərəfinin təklifi ilə Azərbaycanın bütün bölgələrindən mədəniyyət nümunələrinin əks olunması nəzərdə tutulub".

Qeyd edək ki, 2025-ci ilin 19 iyununda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "Azərbaycan" məhəlləsində mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoyublar.

Xəbər lenti