Yeni şəraitə uyğunlaşma və texnologiyalardan istifadə etmək bacarığı gənclərin həm cəmiyyətdə, həm də peşəkar sahədə rəqabətqabiliyyətli və uğurlu olmalarına kömək edəcək.
"Report" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Bakıda "Qoşulmama Hərəkatı Gənclər Həftəsi" çərçivəsində panel müzakirəsində deyib.
O vurğulayıb ki, XXI əsrdə bilikləri praktik məsələlərin həlli, həmçinin cəmiyyətin və dövlətin inkişafı üçün tətbiq etməyi bacarmaq vacibdir:
"Mən gənc insanlarla görüşəndə onlara həmişə deyirəm: təhsil gücdür. Təhsilin, elmi tədqiqatların və ictimai fəallığın gücü sizi uğura aparacaq".
Deputat vurğulayıb ki, gənc nəslin potensialı və resursları Azərbaycanın əldə etdiyi nailiyyətlərin, o cümlədən ərazi bütövlüyünün bərpası və davamlı iqtisadi inkişafın ən mühüm amilidir: "Əgər bizim istedadlı mütəxəssislərimiz və peşəkarlarımız olmasaydı, belə qələbələr əldə edə bilməzdik".