IMG-LOGO

Hande Erçel sənəti tərk edir? – Özü açıqlama verdi

29.01.2024 11:00 105 baxış
IMG

Milyonçu Hakan Sabancı ilə eşq macərası ilə gündəmdən düşməyən məşhur aktrisa Hande Erçein indi də sənətdən getməsi barədə söz-söhbət yayılıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Hande Erçelin serial layihələrinin kadrlarını sosial media hesablarından silməsi sevənlərində çaşqınlıq yaradıb. 

Erçel aktyorluğu tərk etməsi ilə bağlı iddiaları təkzib edərək, "Aktyorluq mənim həvəsimdir. Heç yerə getmirəm, əksinə yeni bir layihədə iştirak etmək istəyirəm" deyib. O təhsilini başa vurmaq üçün universitetə geri döndüyünü qeyd edib.   

Xəbər lenti