IMG-LOGO

İmişlidə yol istismar idarəsinin müdiri göldə boğuldu-YENİLƏNİB

28 Jan 2024 22:36 99 baxış
IMG

İmişlidə yol istismar idarəsinin müdiri göldə boğulub.

Lent.az-ın məlumatına görə, İmişli şəhər sakini, 1994-ci il təvəllüdlü Astanov Elşad Şükür oğlu göldə  qayığın aşması nəticəsində boğulub.

Qeyd edək ki, E.Astaov İmişli yol istismar idarəsinin müdiridi. 

Faktla bağlı araşdırma aparılır.

***

Saat 19:52

İmişlidə 29 yaşlı kişi göldə boğulub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, İmişli şəhər sakini, 1994-ci il təvəllüdlü Astanov Elşad Şükür oğlu Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti