IMG-LOGO

Böyük Britaniya Zelenskinin tənqidlərinə cavab verib

23 Jan 2026 17:17 3 baxış
IMG

Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyini aydın şəkildə ifadə edib və Rusiya prezidenti Vladimir Putini müharibəyə dərhal son qoya biləcək əsas şəxs hesab edir.

"Report" "Sky News"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya hökumətinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən gün avropalı müttəfiqlərə qarşı tənqidi açıqlamalarına cavabında qeyd edilib.

"Rusiyanın Ukraynaya təcavüzünün 4-cü ildönümü ərəfəsində Prezident Zelenskinin davam edən müharibə ilə bağlı məyusluğunu başa düşür və bölüşürük. Böyük Britaniya həmişə Ukrayna ilə bağlı qətiyyətli addımlar atıb, o cümlədən "İstəklilər koalisiyası"na rəhbərlik edib. Ukraynaya dəstək üçün 1,2 milyard funt sterlinq ayırıb. Diplomatiya davam etdiyi müddətdə Ukraynanın yanındayıq", - bəyanatda deyilir.

Baş nazir Kir Starmerin Avropanın münaqişənin həlli üçün əlavə tədbirlər görməli olduğunu düşünüb-düşünmədiyi ilə bağlı sualına hökumətin mətbuat xidmətindən belə cavab verilib: "Baş nazir öz mövqeyini aydın ifadə edib: Avropa müdafiə və təhlükəsizlik sahəsində səylərini artırmalıdır. Müharibəyə dərhal son qoya bilən əsas şəxs Putindir".

Xəbər lenti