Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuz rayonunda vətəndaşları qəbul edib.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, nazir Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarından olan vətəndaşların ərizə və şikayətlərinə baxıb.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, güzəştli şərtlərlə kredit ayrılması, texnika və avadanlıqların lizinqi, ərzaqlıq buğda istehsalına dair proqrama qoşulma, pivot suvarma sistemlərinin elektrik enerjisi ilə təminatı və digər məsələlərlə bağlı olub.
M. Məmmədov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.




