IMG-LOGO

Aİ Ukraynaya 400-dən çox elektrik generatoru göndərib

23 Jan 2026 15:55 3 baxış
IMG

Avropa Komissiyası Ukraynaya ümumi dəyəri 3,7 milyon avro olan 447 elektrik generatoru göndərib.

"Report" xəbər verir ki, bu, Avropa Komissiyasının bəyanatında qeyd olunub.

"Generatorlar xəstəxanalar, əhali qəbulu məntəqələri və digər təcili xidmətlər üçün nəzərdə tutulub", - sənəddə qeyd olunub.

Ümumilikdə, Avropa İttifaqı (Aİ) 2022-ci ildən bəri Ukraynaya təxminən 10 min elektrik generatoru göndərib. Aİ artıq Ukraynaya 1,2 milyard avro məbləğində humanitar yardım göstərib və humanitar yardım çərçivəsində 160 min ton mal göndərib. Əlavə 3 milyard avro Ukraynanın enerji təhlükəsizliyinin dəstəklənməsinə yönəldilib.

Təkcə bu qış təşkilat artıq Ukrayna üçün enerji resurslarının alınmasına demək olar ki, 1 milyard avro xərcləyib.

Xəbər lenti