IMG-LOGO

Türkiyəli ekspert: "İranın Yaxın Şərqə hücum etməkdə məqsədi yerli və beynəlxalq ictimaiyyətə güclü görünmək idi"

23.01.2024 10:16 101 baxış
IMG

Kirmandakı terror hadisəsindən sonra İran həm daxili, həm də beynəlxalq ictimaiyyətə güclü görünmək və bunun çəkindirici olduğunu sübut etmək üçün raketlərlə Pakistan, İraq və Suriyadakı müxtəlif hədəfləri vurdu.

Bu fikirləri “Report”a açıqlamasında Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) araşdırmaçısı, Yaxın Şərq məsələləri üzrə ekspert Can Acun səsləndirib.

Onun sözlərinə görə, İran son vaxtlar, xüsusən də ABŞ-İsrail oxu ilə Yaxın Şərqdə böyük güc mübarizəsinə cəlb olunub. Ekspert onu da əlavə edib ki, ABŞ və İsrailin İran daxilində separatçı gündəmə qarşı mübarizə aparan müxtəlif təşkilatları dəstəklədiyinə dair iddialar da var.

Can Acun

İranın hücumdakı məqsədinə gəldikdə isə mütəxəssis bildirib ki, İranın burada əsas motivasiyası güc nümayişi etdirmək idi, lakin o, xüsusilə Pakistandan gözlənilmədən sərt cavab aldı:

“Böyük bir yanlış hesablamaya yol verdiyi üzə çıxanda isə münasibətləri yenidən yumşaltmaq üçün diplomatik cəhdlər etdi. İraq kontekstində məsələ daha mürəkkəbdir. İran İraq Kürdüstan Regional Hökumətində (İKRH) Ərbili hədəf alaraq İKRH-İsrail münasibətlərinə reaksiya verdi, lakin bu hücumun Bağdadda İranı çətin vəziyyətə saldığını söyləmək olar. Ümumilikdə İran son günlər İsrailə birbaşa cavab verə bilmədiyi üçün ikinci dərəcəli hədəflərə keçərək öz adından çəkindirici addımlar atmaq istəyib, lakin bu hərəkət onun zərəri ilə nəticələnib”.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti