IMG-LOGO

"AzInTelecom" 58 mindən çox IMEI koda "klon" statusu verib

19 Jan 2026 10:13 3 baxış
IMG

"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 58 515 IMEI koda "klon" statusu verilərək blok edilib. Həmin IMEI kodlar son üç ayda 1 564 073 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 1 470 109 dəfə şəbəkəyə qoşulma cəhdinə "AzInTelecom"a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.

"AzInTelecom" mütəmadi şəkildə monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Surəti köçürülmüş IMEI kodlara "klon" statusu verilərək istifadəsi məhdudlaşdırılır. Mobil cihazların IMEI kodlarının orjinallığını mygov portalında yoxlamaq mümkündür.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.

Xəbər lenti