IMG-LOGO

Britaniya Fransa tərəfindən saxlanılan tankerin izlənməsinə kömək edib

23 Jan 2026 00:09 2 baxış
IMG

Böyük Britaniya Rusiyanın Murmanskdan hərəkət edən "Grinch" tankerinin saxlanılmasında Fransa Hərbi Dəniz Qüvvələrinə (HDQ) yardım göstərib.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili "Reuters" agentliyinə bildirib.

Onun sözlərinə görə, Britaniya Kral Dəniz Qüvvələrinin (DQ) dəstəyi gəminin Cəbəllütariq boğazından keçərkən izlənməsi və monitorinqi olub. Bu məqsədlə Britaniya DQ-nin "HMS Dagger" patrul gəmisi cəlb edilib.

Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron ölkə HDQ-nin Aralıq dənizində Rusiyadan gələn tankeri saxladığını bildirib. Marsel prokurorluğu araşdırmaya başlayıb.

Xəbər lenti