IMG-LOGO

Azərbaycanda dövlət ehtiyacları üçün torpaq alınmasının əsasları genişləndirilir

22 Jan 2026 16:00 2 baxış
IMG

Azərbaycanda dövlət ehtiyacları üçün torpağın alınmasına əsas verən halların sayı artırılır.

"Report" xəbər verir ki, bununla bağlı "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur.

Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Sənədə əsasən, bundan sonra dəniz və hava limanlarının (aeroportların), aerodromların ərazisinin genişləndirilməsi və yaxud bu tipli yeni obyektlərin inşası məqsədi ilə də torpaq alınacaq.

Yenilik beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqların genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır. Lakin, sadalanan məqsədlər üçün torpaqların alınmasının "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində və genişləndirmə və tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradır.

Yeni qanun hava limanlarının tikintisi və ərazisinin genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək.

Xəbər lenti